Fəaliyyəti dayandırılan bankdan 41 manatlıq avadanlıq oğurlanıb - saxlanılan var - VİDEO

09.10.2019 18:37

Şəmkirdə fəaliyyəti dayandırılan bankın ofisindən oğurluq olub.

Xezerxeber.az-ın məlumatına görə, Şəmkir Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Samir Mustafayev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, gecə saatlarında Şəmkir şəhəri Səməd Vurğun küçəsində yerləşən fəaliyyəti dayandırılmış banklardan birinin ofisinə qanunsuz daxil olaraq oradan ard-arda 3 dəfə avadanlıqlar oğurlayıb.

S.Mustafayevin ofisdən 41 min manatlıq avadanlıq oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR