Marketdən alınan yumurta kiflənmiş çıxdı - Şikayət var - VİDEO

09.10.2019 18:43

Ucar rayon sakini Amiz Mirzəyev marketdən aldığı yumurtanı qaynatdıqdan sora fərqli mənzərə ilə üzləşib. Yumurtanın üzərində çoxlu sayda qara nöqtələr və ləkələr yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, yumurtanın satıldığı marketin sahibi bildirib ki, bütün məhsulların təzəliyinə nəzarət edilir və ilk dəfədir, belə halla üzləşir. Market sahibi məsuliyyəti qəbul etsə də, yumurtanın keyfiyyətini yoxlamağın xüsusi yolu olmadığını bildirib.

Məsələ ilə bağlı qida mütəxəssisi İsa Əliyev bildirib ki, yumurtanın kif atmasının səbəbi onun saxlanma qaydalarına əməl edilməməsi ilə bağlıdır.

Ekspert bildirib ki, belə halla üzləşməmək üçün yumurtanın saxlanılması qaydalarına əməl etmək lazımdır.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə də məlumat verilib, hazırda qurumda bununla bağlı araşdırma aparılır. Vətəndaslardan xahis olunur ki, qida sahəsində neqativ hallarla qarşılaşdıqda, aldıqları məhsulun, o cümlədən yumurtanın keyfiyyəti ilə bağlı şübhələr yarandıqda Agentliyin 1003 çağrı mərkəzinə zəng etsinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






319 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR