İbrahimoviçin İsveçdə heykəli ucaldıldı - VİDEO

09.10.2019 12:45

"Los Anceles Qalaksi"nin ulduz futbolçusu Zlatan İbrahimoviçinİsveçdə heykəl ucaldılıb.

38 yaşlı forvard "Instagram"da bu barədə məlumat verib:

"Olduğum yerdən asılı olmayaraq, İsveçi təmsil edirəm. Bura mənim evimdir. Nə edirəmsə, İsveç və Malmö üçün edirəm. Nyu-Yorka getsəniz, Azadlıq, İsveçə gəlsəniz, Zlatanın heykəli".

Malmö şəhərində ucaldılan Zlatanın heykəli 4 ilə hazır edilib. Açılışdaİsveç Futbol Federasiyasının nümayəndələri və 10 minə yaxın azarkeşiştirak edib.

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR