ABŞ ordusu çıxınca YPG səngərləri qoyub qaçdı - VİDEO

09.10.2019 12:27

Türkiyə Silahlı Qüvvələri Suriyanın şərqində böyük bir hərəkat üçün son hazırlıqları görür.

Amerikanın da bölgədən çəkilmək qərarı verməsi ilə terror təşkilatı YPG/PKK-çılar tərəfindən qazılan səngərlərin və yaradılan mövqelərin boş qaldığı görünür.

Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şərqində özünə yuva quran terror təşkilatı PKK-nın Suriya qanadı olan YPG-ni bölgədən təmizləməkdə qərarlıdır:

"Türkiyə Silahlı Qüvvələri artıq sadəcə "atəş” əmrini gözləyir. Menbiçdəki səngərlərdə və mövqelərdə terrorçuların olmadığı görünür. Həmin mövqelər YPG/PKK-çı terrorçular tərəfindən 3 il öncə İŞİD-dən alınmışdı. Suriyanın Hələb şəhərinə bağlı olan Kobaninin Zor Mağar kəndindəki mövqelər və postlarda da terrorçuların olmadığı məlum olub”.

O da bildirilir ki, sözügedən səngər və mövqelər ABŞ-ın bölgədə olduğu vaxtlarda yaradılıb.

Türkiyə mediası boş qalan mövqelərin son durumunun fotolarını da yayıb./teleqraf

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR