Novruz Məmmədov vəzifəsindən azad edilib, Əli Əsədov yeni Baş Nazir təyin olunub - VİDEO

08.10.2019 19:15

Oktyabrın 8-də Milli Məclisin növbəti iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin "Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” parlamentə ünvanlandığı təqdimatı oxuyub.

Sədr qeyd edib ki, Baş Nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Baş Nazir postuna yeni namizəd Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir. Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq.

Milli Məclisin deputatları Əli Əsədovun müsbət insani keyfiyyətlərə, yüksək savada, dərin iqtisadi biliklərə malik, dövlətə və dövlətçiliyə sadiq bir mütəxəssis olması barədə fikirlərini söyləyiblər.

Müzakirələrdən sonra məsələ səsə qoyulub və Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib.

İclasda çıxış edən Əli Əsədov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyinə söz verib.

Sonra iclas gündəlikdəki digər məsələlərin müzakirəsi ilə davam etdirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






299 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR