Xəzər Xəbər

Vitrinlərdə mal qonşuluğu prinsipinə əməl edilməlidir - MARKET SAHİBLƏRİNƏ XƏBƏRDARLIQ - VİDEO

Veb TV | 19:14 • 23 Sentyabr 2019
Vitrinlərdə mal qonşuluğu prinsipinə əməl edilməlidir -

Vitrinə düzülən bütün məhsulların çoxunun yanaşı qoyulması düzgün deyil.

Xezerxeber.az-ın məlumatına görə, bir çox marketlərdə qida məhsulları ilə qeyri-qida məhsullarının yan-yana yığılması doğru deyil. Çünki məhsulların qarışıq yığılması insan sağlamlığına zərər vura bilər.

Satıcılar vitrinlərin düzülüşünün firmaların razılığı əsasında həyata keçirdiklərini bildiriblər.

Alıcıların da əksəriyyəti məhsul alarkən onların yığılma qaydasına çox da fikir vermədiklərini bildiriblər.

Qida Təhlükəsizliyi Agentliyi isə məsələ ilə bağlı insanları diqqətli olmağa səsləyib. Agentlik xəbərdarlıq edir ki, məhsulları seçərkən mal qonşuluğu prinsipinə əməl edilməsinə diqqət yetirilməlidir.

Qida məhsullarını kimyəvi tərkibli, kəskin qoxulu qeyri-qida məhsulları ilə eyni paketə yerləşdirmək olmaz. Bundan əlavə, vitrinlərə mal yığılarkən onların hansı növ olmasına da xüsusi diqqət yetirmək lazımdır. Məsələn, meyvə-tərəvəzlə süd məhsullarını bir yerə qəti surətdə qoymaq olmaz.

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Seymur Qafarovun sözlərinə görə, bunlara əməl etməyənləri cəza tədbirləri də gözləyir.Vitrinlərə məhsulların yığılmasında bu prinsiplərə riayət etməyən mağaza zahibləri cərimələnəcək. Belə hallar mənfi nətcilər verərsə, hətta həmin obyektlər bağlanıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar