Salyanda 67 yaşlı qadın ona hücum edən çaqqalı boğaraq öldürüb - VİDEO

21.09.2019 18:38

Qadın ona hücum edən çaqqalı boğaraq öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Salyanda baş verib.

Rayonun 20 Yanvar küçəsində yaşayan 67 yaşlı Gülzar Məmmədova öz həyətində çaqqalın hücumuna məruz qalıb. Rayon sakininin sözlərinə görə, həyətdə iş görən zaman toyuq hinindən səs eşidib və oraya daxil olarkən ev quşlarına hücum edən çaqqalı görüb. Yırtıcı heyvan Gülzar Məmmədovaya hücum edərək ona əlindən xəsarət yetirib.

Gülzar Məmmədova çaqqalı boğaraq öldürüb və ardınca Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ona quduzluq əleyhinə vaksin vurulub və o, ambulator müalicəyə buraxılıb. Gülzar Məmmədova bildirir ki, bu hadisə çaqqalların təsərrüfatlara ilk hücumu deyil.

Əvvəllər də vəhşi heyvanlar həyətlərə girərək xeyli toyuğu parçalayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

© xezerxeber.az

FOTOQALERIYA






255 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR