Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Yük maşını minik avtomobili ilə toqquşdu, bir nəfər öldü - VİDEO

17.09.2019 19:18

Yük maşını minik avtomobili ilə toqquşdu, bir nəfər öldü.

Hadisə Bakı -Astara magistral yolunun Masallı rayonunun Sərçuvar kəndindən keçən hissəsində gecə saatlarında baş verib. Belə ki, Lənkəran rayonu Girdəni kənd sakini, 67 yaşlı Kamal Fətullayevin idarə etdiyi qoşqulu yük avtomobili, Bakı şəhəri Sabunçu rayon sakini, 33 yaşlı Mehdi Əhmədovun idarə etdiyi avtomobillə toqquşub. Toqquşma nəticəsində Mehdi Əhmədov ağır bədən xəsərətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. dünyasını dəyişəb sürücü polis kapitanı olub.

Lənkərandakı qəza da ölümlə nəticələnib.Ağır yol qəza hadisəsi Lənkəran-Boradigah yolunun Vilvan kəndindən keçən hissəsində günorta saatlarında baş verib. Belə ki, Astara rayonunun Maşğan kənd sakini, 30 yaşlı Rauf Əliyevin idarə etdiyi yük maşını Lənkəran rayonunun Osakücə kənd sakini, 66 yaşlı Şəmsəddin Babayevin idarə etdiyi avtomobillə toqquşub. Avtomobil elektrik dirəyinə çırpılıb və sürücü Şəməddin Babayev hadisə yerində ölüb. Sürücünün meyidi ətrafdakıların köməyi ilə deformasiyaya uğrayan avtomobilin içərisindən çıxarılıb.

Şamaxıda isə 3-cü sinif şagirdini avtomobil vuraraq öldürüb. Hadisə Şamaxı şəhərinin "Dördyol" adlanan ərazisində qeydə alınıb. minik avtomobili 9 yaşlı Nuriyev Yusif Mubariz oğlunu vuraraq öldürüb. Hadisənin ehtiyatsızlıq səbəbindən, yəni nəzarətsiz qalan azyaşlı uşağın yolda hərəkət edən avtomobilin qarşısına qəflətən çıxması səbəbindən baş verdiyi bilirilir. fakta görə sürücü Səməd Balayev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olub.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

" frameborder="0" allowfullscreen>

© xezerxeber.az


227 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR