Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Ödənişli oxuyan tələbələrin diqqətinə - Nazirlik hökumətə təkliflər göndərdi - VİDEO

17.09.2019 19:21

Təhsil haqlarının ödənilməsi ilə bağlı ayrıca qanun layihəsinin qəbulunu məqsədəuyğun hesab edirik. Bununla bağlı hazırda "Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanması gündəmdə olan əsas vacib məsələlərdəndir.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, komitəyə daxil olan müraciətlərin böyük hissəsi tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı olub.

"Təhsil haqlarının ödənilməsi ilə bağlı xüsusi qanun layihəsinin hazırlanmasını zəruri sayırıq. Bu istiqamətdə iş aparırıq. "Ali təhsil haqqında "qanun layihəsini bitirdikdən sonra "Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq. Artıq Təhsil Nazirliyi, müvafiq nazirliklər ilə müəyyən söhbətlər aparırıq. Təhsil Nazirliyi bu istiqamətdə öz təkliflərini də hazırlayıb Maliyyə Nazirliyinə təqdim edib”

Azərbaycanda ali məktəb dərsliklərində problemlər var. Xüsusən təbiət elmləri, riyaziyyat sahəsində tərcümə edilmiş, köhnəlmiş ədəbiyyatlardan istifadə olunur.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı mühüm nailiyyətlər əldə edilib: "Bu il ilk dəfə olaraq, 1-ci sinif şagirdləri üçün "Riyaziyyat” dərsliyini iki hissədən ibarət kitab formasında çap edib. Bu, bizim dərsliklərin çəkisinin yüngülləşdirilməsi üçün apardığımız müzakirələrin konkret nəticəsidir. Amma ali məktəb dərsliklərində problemlər var”.

İ.Həbibbəyli qeyd edib ki, ali məktəblərin bakalavriat səviyyəsi üçün müəyyən dərsliklər olsa da, magistratura səviyyəsi üzrə dərsliklərin hazırlanması prosesi çox ləng gedir.

Komitə sədri əlavə edib ki, bəzən magistratura səviyyəsi üçün bakalavriat səviyyəsi üçün olan dərsliklərdən istifadə edilir: "Magistratura üçün proqramlar bakalavriat səviyyəsi üzrə olan proqramlardan fərqlənmir, bu proqramlar bir-birindən xeyli fərqləndirilməlidir. Magisttratura üçün dərsliklərin hazırlanması prioritet olmalıdır”.

" frameborder="0" allowfullscreen>

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR