Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycanda polis uşağı ölümdən xilas etdi: valideynləri isə hərəkəti ilə HAMINI MAT QOYDU - VİDEO

16.09.2019 18:25

Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşları Nəvai postu ərazisində körpənin həyatını xilas edib.

Hadisə avqust ayının 18-də baş verib. Belə ki, Hacıqabul rayonunun Qubalı Baloğlan kənd sakini Məhmət Ağayev avtomobili ilə Nəvai postu ərazisindən keçərək 1 aylıq övladı qıcolma keçirib. Bu zaman sürücü avtomobili postun ərazisinə sürüb.

YPX əməkdaşları – serjantlar Hüseyn Hüseynov, Asim Vəliyev, Asif Əliyev və Anar Əsədov təcili olaraq körpəyə ilkin tibbi yardım göstəriblər. Ardınca patrul avtomobili ilə körpə Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Bu gün isə körpənin valideynləri postun ərazisinə gələrək özləri ilə gətirdikləri qurbanlıq qoçu kəsmək istəyiblər. Qoç kəsildikdən sonra yol polisi əməkdaşları onun ətinin imkansız ailələrə paylanmasını istəyib. Bu maraqlı anlar vətəndaşlardan biri tərəfindən çəkilib.

Görüntüləri təqdim edirik:


avtosfer.az

© xezerxeber.az


1031 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR