BNA və DYP-dən sürücülərə XƏBƏRDARLIQ - VİDEO

15.09.2019 18:57

Məktəblərin ətrafında avtomobili düzgün park etməyən sürücülər cərimələnəcək.

Nəqliyyat vastələrinə və piyadalara mane olan maşınlar evakuatorla cərimə meydançalarına aparılacaq.

Bu barədə ''Xəzər Xəbər''ə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, Agentliyin ərazilərdə xidmət aparan əməkdaşları ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş rejimdə işləyəcək.

Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərə cərimə yazılacaq. Əgər hansısa nəqliyyat vasitəsi hərəkətə mane olacaqsa, onlar da ərazidən yol polisi tərəfindən təxliyə olunacaq.

Mais Ağayev onu da bildirib ki, nəqliyyat sıxlığı nəzərə alınaraq sabah Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də yollara nəzarəti gücləndirəcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də sürücülərə xüsusən məktəblərə yaxın yollarda sürət həddinə əməl etməyi tövsiyə edib. Hər an yola uşaq çıxa bilər deyə təhlükəsizlik maksimum dərəcədə qorunmalıdır. Bundan başqa, yol polisi övladını 1-ci sinifə aparan valideynlərə də maksimum dərəcədə avtomobillə gəlməmələrini xahiş edir.

Onu da qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən oktyabr ayının 15-dək "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığına strat verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






451 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR