Bakıda sifarişlə adam oğurlayan dəstə ifşa edilib - VİDEO

11.09.2019 18:52

Bakıda borc pul üstündə sifarişlə adam oğurlayan dəstə ifşa edilib. Aralarında iki qadının da olduğu 6 nəfərlik qrup həmin şəxsə zor tətbiq edərək onu avtomobillə aparıb bağ evində işgəncə veriblər. Polis həmin şəxsi azad edib. Cinayətkar dəstə isə saxlanılaraq istintaqa cəlb olunub.

Xezerxeber.az-ın məlumatına görə, 6 nəfərlik dəstə Bakı şəhər Baş Polis İdarəsi və Xətai rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Xətai rayon sakini Hüseyn Əsgərov sentyabrın 9-da paytaxt sakini Aygün Abbasovaya 25 min manat borcu olduğuna görə ikincinin sifarişi ilə Könül Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. Sonra onu əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli Vasif Allahverdiyev, Sumqayıt şəhər sakinləri - əvvəllər məhkum olunmuş Şakir Hüseynov və Fəqan Eminoğlu məcburi qaydada avtomobilə əyləşdirərək Aygün Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.

Dəstə üzvlərindən əvvəllər məhkum olunmuş Niyaməddin Kazımlı Hüseyn Əsgərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək, 25 min manatın əvəzinə 30 min manat ödəməsini bildirərək işgəncə verib. Alınan pulun müqabilində Aygün Abbasova həmin şəxslərə 10 min manat verəcəyini vəd edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Vasif Allahverdiyev, Aygün Abbasova, Fəqan Eminoğlu, Şakir Hüseynov, Niyaməddin Kazımlı və onun həyat yoldaşı Könül Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən Hüseyn Əsgərovun girov saxlandığı yerdən azad olunub.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






534 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR