Bakıda yaşayış binasının eyvanı uçub - VİDEO

10.09.2019 18:39

Bakıda beşmərtəbəli binanın ikinci mərtəbəsindəki eyvan uçub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsi 7, mənzil 61 ünvanında baş verib.

Binanın ikinci mərtəbəsinin uçan eyvanı zirzəmidə olan obyektin damına dağılıb. Qəza yerinə gələn Fövqəladə Hallar Nazilriyinin xilasediciləri aşan eyvanı təmizləyib, təhlükəni aradan qaldırıblar.

Ev sahibi Rühəngiz Mirzəliyeva deyib ki, eyvanın uçma təhlükəsi barədə əvvəldən xəbəri olub.

3 saylı xüsusi təyinatlı mənzil komunal təsərüffat birliyinin rəis müavini Hacıağa Mircəfərov isə deyib ki, hadisədən sonra binadakı bütün eyvanlar yoxlanılıb, heç birində təhlükə yoxdur.

Rəis müavini təmir işlərinə yaxın günlərdə başlanacağını bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR