Xəzər Xəbər

ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN: qardaşlar qurbanın can verməsini gözlədilər - VİDEO

Veb TV | 09:57 • 31 Avqust 2019
ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN:

Türkiyənin Batman vilayətində dəhşətli cinayət hadisəsi baş verib.

Şəhərlərarası avtobus stansiyasında bıçaqlanaraq öldürülən 20 yaşlı Suat Yüksəkbağ qan davasının qurbanı olub.

Məlumata görə, R.K. və A.K. adlı qardaşlar Yüksəkbağı bir neçə dəfə bıçaqladıqdan sonra yerə uzanan qurbanının başı üstündə bıçaq və dəyənəklə dayanaraq heç kimin ona yaxınlaşmasına imkan verməyiblər.

Hadisə yerinə gələn polislər və təcili tibbi yardım qrupu da qardaşların müqavimət göstərməsi səbəbiylə bir müddət yaralıya yaxınlaşa bilməyiblər. Qardaşların yaralının yanından uzaqlaşmasından sonra ona ilkin tibbi yardım göstərilib. Xəstəxanaya çatdırılan Yüksəkbağ orada həyatını itirib.

Qardaşlarla yanaşı, hadisəni kənardan izləyən polislər barəsində də cinayət işi başlanıb. Dəhşətli hadisənin görüntüləri təhlükəsizlik kamerasında qeydə alınıb./publika.az

Xəbər lenti