Sumqayıtda “Nur” şadlıq sarayı yanıb - VİDEO

25.08.2019 18:04

Sumqayıt şəhərində "Nur” şadlıq sarayında yanğın baş verib. 

Xezerxeber.az xəbər verir ki, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

Xəsarət alan olmayıb. 

Xezerxeber.az yanğının görüntüsünü təqdim edir:



© xezerxeber.az


458 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR