Goranboyda ağır yol qəzası - 1 ölü, 2 yaralı var - VİDEO

25.08.2019 17:32

Goranboyda minik avtomobili yük maşını ilə toqquşub, nəticədə 64 yaşlı kişi dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Veyisli kəndində baş verib.

Ağır qəza zamanı yüklə dolu "KamAz" aşıb, daşıdığı yük yola dağılıb. Minik maşını isə zərbənin gücündən yararsız hala düşüb. Həmin avtomobildə olan 64 yaşlı Tərtər rayon sakini Rasim Əhmədov hadisə yerində dünyasını dəyişib. Qəza nəticəsində Ədalət Babayev və Natiq Rüstəmov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirlib. Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı videogörüntünü təqdim edir: 


© xezerxeber.az


368 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR