Dəniz sahilində dərələr yaranıb, boğulmaların sayı artıb - VİDEO

25.08.2019 19:02

Son vaxtlar dənizdə boğulmaların sayı artıb.

Xezerxeber.az-ın məlumatına görə, bu il dəniz mövsümü açılandan bu yana ölümlə nəticələnən 35 boğulma hadisəsi baş verib.

Ekspertlər bildirir ki, boğulmaların sayının artmasına diqqətsizlik, güclü külək və dənizin sahilinə yaxın hissədə dərələrin yaranması səbəb olur.

Ekoloq Telman Zeynalov qeyd edib ki, dənizin sahilinə yaxın hissələrdə dərələrin yaranmasının bir sıra səbəbləri var. Səbəblərdən biri sahildəki qumun daşınmasıdır. Tikintidə istifadə etmək üçün dəniz qumundan istifadə edirlər. Beləliklə, sahil hissədə qum azalır və dərələr yaranır. Dəniz həmin nahamarlıqları düzəldən zaman isə burulğanlar yaranır. Bu isə dənizdə çimənlər üçün təhlükəlidir.

Ekoloq bildirib ki, burulğandan xilas olmağın yolu var və bu çətin deyil.

Mütəxəssis hesab edir ki, dənizdə burulğana düşən zaman vətəndaşların özlərini itirib boğulmaması üçün aidiyyəti qurumlar tərəfindən maarifləndirmə tədbirləri genişləndirilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






330 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR