Ağsuda dağlıq ərazidə yanğın - VİDEO

23.08.2019 17:46

Ağsuda dağlıq ərazidə yanğın başlayıb. Əraziyə helikopterlər cəlb edilib.

İlkin məlumata görə Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə 60hektara yaxın ərazi yanıb.Hələki yanğnı söndurmək mumkun olmayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə"112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyininaviasiya dəstəsinin 2 ədəd helikopteri, dövlət yanğından mühafizə xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub. Son məlumatlara görə, yanğın hələ də davam edir. Alovlar dağlıq ərazidən meşəlik əraziyə keçib.

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR