Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Allahşükür Paşazadənin yubileyinə həsr edilmiş tədbir keçirilib - VİDEO

22.08.2019 19:25

Azərbaycanın müstəqillik qazandığı ilk illərdə bir çox dairələr burda özlərinin tərəfdarlarından ibarət qruplar yaratmaq istəyirdilər. Ancaq ulu öndər Heydər Əliyev və Şeyx Allahşükür Paşazadənin birgə fəaliyyəti nəticəsində həmin qüvvələr buna nail ola bilmədilər. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Şeyxülislam Allahüşükür Paşazadənin 70 illiik yubileyi münasibətilə çıxışında belə deyib.

Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə bildirib ki, Şeyxülislam Allahşükür Paşazadə nəinki, Azərbaycanda öz fəaliyyəti ilə bütün dünyada tanınan bir şəxsiyyətdir.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycanın mültikulturalizm sahəsində qazandığı uğurlarda Allahşükür Paşazadənin böyük rolu var.,

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, ulu öndər Heydər Əliyev nəinki müstəqillik dövründə, hətta sovet dönəmində belə islam dininin dəyərlərinin qorunub saxlanmasına böyük dəstək verib.

Onu da qeyd edək ki, tədbirdə bir sıra dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, media qurumlarının rəhbərləri və çoxsaylı qonaqlar iştirak edib.

© xezerxeber.az

FOTOQALERIYA






153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR