Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Paytaxtda məktəbli yarmarkaları açıldı - VİDEO

20.08.2019 19:05

Dəftərlər 5-25 qəpik, çantalar 8-30 manat, karandaş və qələmlər 5-8 manat. Bura paytaxtda fəaliyyətə başlayan məktəbli yarmarkasıdır.

Yarmarkaların təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə şərait yaratmaqdır.

Hər il yeni tədris ili ərəfəsində ənənəvi olaraq keçirilən yarmarkalarda qiymətlər adi mağazalardan xeyli fərqlənir.

Satıcılar bildirirlər ki, yarmarkada yerli məhsullarla yanaşı çin rusiya və türkiyə məshulları da varki, qiymətlər də məhz buna görə dəyişir.

Ümumiyyətlə valideynlərin seçiminə görə dolu birməktəbli çantasının qiyməti dəyişir.

Qeyd edək ki, yarmarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib. Yarmarka çadırları Bakı metropolitenin "Nərimanov", "Gənclik", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli", "Azadlıq prospekti", "Memar Əcəmi", "İnşaatçılar", "Elmlər Akademiyası", "Nizami" stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə fəaliyyət göstərir. Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar təklif olunur. Yarmarkalar sentyabr ayının sonuna kimi davam edəcək.

© xezerxeber.az


205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR