Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Samuxda və Bakının 2 rayonunda qaz olmayacaq - VİDEO

20.08.2019 17:34

Bakının Sabunçu və Binəqədi rayonunda və Samuxda bir neçə yaşayış məntəqəsindəbu gün səhərdən etibarən qaz təchizatı dayandırılıb.

Bu müddət ərzində texniki baxış zamanı aşkarlanmış qaz sızmalarının ləğvi işləri aparılır. Binəqədi rayonu Xocahəsən qəsəbəsində yeni çəkilmiş qaz xəttinin və qollarının qoşulması da icra olunacaq. Bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrində qaz təchizatı dayandırılıb. Bundan başqa Sabunçu rayonunda aparılan abadlıq işləri ilə bağlı orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinə zərurət yaranıb. Saat 10:00-dan işlər başa çatanadək Kürdəxanı kəndində də qaz təchizatı dayandırılıb.

Qeyd edək ki, son günlər bu cür təmir işləri ilə bağlı qaz təchizatında fasilələr yaranır. Bu da abonentlər arasında narazılığa səbəb olur. ''Azəriqaz'' İstehsalat Birliyinin mətbuat xidmətinin rəisi Ceyhun Səfərovun sözlərinə görə, hansıərazidə təmir işləri aparılacaq əvvəlcədən abonentlərə bu barədə məlumat verilir. Təmir işlərində məqsəd payız-qış mövsümündə qaz verilişində fasilənin yaranamaması üçündür.

© xezerxeber.az

FOTOQALERIYA






137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR