Ali məktəblərin boş qalan yerlərinə qəbul üçün ixtisas seçimi yekunlaşır - VİDEO

19.08.2019 19:47

Bu gün ali məktəblərin boş qalan plan yerlərinə qəbul üçün müraciətin son gündür. Günorta saatlarına olan məlumata görə, tələbə adını qazanmaq üçün müraciət edənlərin sayı bəllidir.

Xezerxeber.az-ın məlumatına görə, bu gün gecə saat 12:00-da boş qalan plan yerlərinə elektron ərizə qəbulu dayandırılacaq. Boş qalan yerlərə qəbulun cavabları isə qısa zamanda bəlli olacaq.

Gecə saat 12-yə qədər boş qalan yerlərə müraciət etmək istəyən abituriyentlər və subbakalavrlar abituriyent jurnalına baxmaqla özlərinə uyğun ixtisasları seçə bilərlər.

Qeyd edək ki, subbakalavrların boş qalan plan yerlərinə qəbulu zamanı öncə həmin yerə abituriyentin müraciəti nəzərə alınır. Daha sonra isə əgər subbakalavrlar arasında seçim edilməli olarsa, bu zaman onların tədris ballarının ortalamasına, bu da kömək etməzsə, attestat qiymətlərinə baxılaraq seçim aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






201 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR