Körpələrə qızıl əmziklər vermək olarmı? - VİDEO

18.08.2019 19:17

Körpələr üçün qızıl başlıqlı əmziklər sadəcə suvenir, hədiyyə kimi alınır və çox vaxt istifadə edilmir.

Xezerxeber.az-ın məlumatına görə, qızıl - zinət əşyalarının satışı ilə məşğul olanlar belə deyirlər.

Yeni doğulmuş körpələr üçün bəzək aksesuarı və ya dəyərli xatirə hesab edilən əmziklərə sərf olunan qızıl isə təxminən 1-3 qram arası olur. Lakin satıcılar deyirlər ki, qiymət qızılın qramına görə hesablanmır.

Paytaxt sakinləri isə qızıl əmziklərin körpələrə verilməsini heç də birmənalı qarşılamırlar.

Məsələyə pediatrların da münasibətini öyrəndik. Onların fikrincə, əmziklər mütləq həkim təyinatı ilə apteklərdən alınmalıdır. Çünki qızıldan olan əmiziklər bəzən körpələrin sağlamlığına mənfi təsir edir.

Eyni zamanda mütəmadi olaraq əmiziklər dəyişilməlidir. Çatlar, qırılma və parçalanmalar olduğu halda yenisi ilə əvəzləmək məsləhətdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR