İsti havalarda da balığa tələbat var, amma diqqətli olmaq lazımdır - VİDEO

18.08.2019 19:45

Hava şəraitinin isti keçməsinə baxmayaraq balıq satışında canlanma müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, bəzi mağazalarda satışda olan balıqlar buzlu şəraitdə saxlanıldığından alıcılar balıq almaqda tərəddüd etmirlər. Qiymətlər isə balığın növündən asılı olaraq dəyişir.

Məsələn, qızıl balığın bir kiloqramı 15-25, nərə balığının kiloqramı isə 35-40 manata satılır.

Satıcıların sözlərinə görə, yayda satışda olan balıqlar əsasən süni şəkildə yetişdirilən balıqlar olur. Əsas müştərilər isə vətəndaşlarla yanaşı restoran və kafe işlədən obyekt sahibləridir.

Qeyd edək ki, bəzi vətəndaşlar açıq günəş altında satılan balıqları alıb istifadə edirlər. Əslində isə yayda belə balıqlardan istifadə olduqca təhlükəlidir. Çünki balıqdan zəhərlənmələr əsasən havaların isti keçdiyi aylarda baş verir. Mütəxəssislər yay aylarında balıq və digər dəniz məhsullarını alarkən diqqətli olmağa səsləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






239 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR