Tovuzda fındıq bağı susuz qalıb - VİDEO

18.08.2019 20:33

Tovuzda fındıq bağı salıb təsərrüfatını genişləndirmək istəyən fermer arzusunu reallaşdıra bilmir. Səbəbi isə suvarmada yaranan problemlərdir. Fındıq su sevər ağac olsa da bağ sahibi iddia edir ki, iki aydır ağaclar susuz qalıb.

Xezerxeber.az-ın məlumatına görə, iki yüzdən çox fındıq ağacı iki aydır suvarılmır.

Tovuz rayonun Bozalqanlı kənd sakini Talıb Əhmədov suvarılmadığından yanan ağaclarına görə narahatdır. Bu ərazilər süni göl və Xunam arxı vasitəsi ilə suvarılır. Bağ sahibi bildirir ki, 2016-cı ildən saldığı fındıq bağından bu ilə kimi bol məhsul götürüb. Bu il də bağını genişləndirmək istəsə də suyun problem olması onu bu istəyindən daşınmağa vadar edir.

Talıb Əhmədovla birgə qardaşı da fındıq bağının kənarında ərik bağı salıb. O da analoji problemdən əziyyət çəkir. Bildirir ki, suvarılma mexanizminə nəzarət edən şəxs hər dəfə bir səbəb göstərərək ağacların suvarılmasını gecikdirir.

Əkin sahələrinin suvarılmasına nəzarət edən Bakir Həsənov "Xəzər Xəbər"ə bildirib ki, suvarılma işi növbə ilə aparılır. Əvvəl daha böyük bağlar suvarılır. Bağını və ya əkinini suvarmaq istəyənlər isə növbəyə yazılıb, bağını sulaya bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






262 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR