Quba və Tovuz rayonlarında narkotik alverçiləri saxlanılıb - VİDEO

17.08.2019 19:25

Qubada narkotik alveri ilə məğgul olan dəstə ifşa edilib.

Xezerxeber.az-ın məlumatına görə, Quba rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, 44 yaşlı Ceyhun Əhmədov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən iki bükümdə, yaşadığı evdən isə satış üçün hazırlanmış 54 ədəd bükümdə narkotik maddə olan heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Ceyhun Əhmədov ifadəsində narkotik maddələri satmaq üçün rayon sakinləri, 41 yaşlı Xalid Əmirəliyev və əvvəllər məhkum olunmuş, 34 yaşlı Sadiq Talıbovdan aldığını bildirib.Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslər də saxlanılıb. Xalid Əmirəliyevə məxsus evdən satış üçün hazırlanmış heroin, çəkisi 9 kiloqrama yaxın olan çətənə kolları və elektron tərəzi, Sadiq Talıbova məxsus evdən isə satış üçün hazırlanmış heroin aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Tovuzda da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin satışı ilə məşğul olan rayon sakini, əvvəllər məhkumluq həyatı yaşayan 37 yaşlı Nizaməddin Tağıyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






251 dəfə oxunub

XƏBƏRLƏR

17.09.2019 16:47

Ziynet Sali evləndi

ÇOX OXUNANLAR