Goranboyda iki əsrə yaxın yaşı olan su dəyirmanı hələ də işləyir - VİDEO

17.08.2019 19:49

Goranboyun Şadlı kəndində iki əsrə yaxın yaşı olan su dəyirmanı hələ də işlək vəziyyətdədir. Bura buğda üyütməyə gələnlər də az deyil.

Xezerxeber.az-ın məlumatına görə, illər öncə bu kənddə nə az, nə çox 6 su dəyirmanı olub və hazırda isə onlardan biri işlək vəziyyətdədir.

Dövrünün saylıb-seçilənlərindən olan Şadlı İsgəndərə məxsus olan qurğunu onun nəvələri işlədir. Kürəkçaydan ayrılan suyun işə saldığı dəyirman 50 kiloqram buğdanı 1 saata üyüdür. Heç bir elektrik enerjisi sərf edilmdən çalışan su dəyirmanı elə qədimdə olduğu kimi işləyir.

Şadlı kəndi Goranboyun mərkəzindən 35 kilometr uzaqlıqda yerləşsə də, kənddə fəaliyyət göstərən su dəyirmanına maraq böyükdür. Göygöl rayonundan Şadlı kəndinə gələn sakinlər bu dəyirmanda üyüdülən unun keyfiyyətli, bişirilən çörəyin isə xüsusi qoxuya malik olduğunu deyirlər.

Burada üydülən buğdadan alınan un bir sıra xəstəlikərin də dərmanı hesab edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


189 dəfə oxunub

XƏBƏRLƏR

17.09.2019 16:47

Ziynet Sali evləndi

ÇOX OXUNANLAR