Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İsmayıllı və Sumqayıtda ağır qəzalar - 2 ölü, 1 yaralı var - VİDEO

14.08.2019 18:38

İsmayıllıda yük maşını dərəyə aşıb. Nəticədə sürücü yaralanıb, oğlu ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə İsmayıllıda, Muğanlı-İsmayıllı avtomobil yolunun 61-ci kilometrliyində qeydə alınıb.

Yük avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb. Sürücü, Göyçay rayon sakini 58 yaşlı Fazil Hüseynov xəsarət alıb və onun 17 yaşlı oğlu Süleyman Hüseynov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun meyiti xilasedicilər tərəfindən yük avtomobilinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sumqayıt şəhəri ərazisində isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Quba yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında duran 79 yaşlı I qrup əlil Sabir Subhanovu vurub. Qəza nəticəsində piyada həyatını itirib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






372 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR