Sabirabadda qəza: sürücü xəsarət alıb, onun azyaşlı nəvəsi ölüb - VİDEO

13.08.2019 15:31

Sabirabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Qaratoğay kəndində qeydə alınıb. İçərisində Əşrəf Məmmədov və 2 yaşlı nəvəsinin olduğu avtomobil aşıb. Qəza nəticəsində azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az hadisə ilə bağlı videogörüntünü təqdim edir:


© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR