Fermerlər istixanaları genişləndirir - VİDEO

12.08.2019 19:51

İxrac imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizdə kənd təsərrüfatı məhsullarının xarici bazarlara daha rahat çıxarılmasına şərait yaradır. Bu isə fermerləri əkin sahələrini, işin həcmini və məhsuldarlığı artirmağa sövq edir.

Xezerxeber.az-ın məlumatına görə, Bərdə pomidoruna həmişə yerli bazarda tələbat yüksək olub. Son dövrdə ixracın stimullaşdırılması istiqamətində dövlət tərəfindən atılan addımlarla bu məhsul xarici bazarlarda özünə yer tapıb. Tələbatın artması fermerləri əlavə tədbirlər görməyə sövq edir. Odur ki, fermerlər daha çox məhsul yetişdirib xaricə aparmaq niyyətindədir.

Hazırda Bərdədəki istixanalarda pomidor yetişmək üzrədir. Məhsul da boldur.

Təsərrüfat sahibi Azər Vəliyev deyir ki, istixanalar artırılacaq, bununla da əlavə iş yerləri açılacaq.

Qeyd edək ki, istixanada təkcə pomidor yox, əlavə olaraq xiyar da yetişdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR