Bakının bəzi ərazilərində kəsilən heyvanların içalatı yolun kənarına atılıb - VİDEO

12.08.2019 18:33

Bakıda kəsilən qurbanlıq heyvanların içalatı yolun kənarına atılıb, ətraf isə qanla doludur...

Xezerxeber.az-ın məlumatına görə, heyvanlar ağacların dibində kəsildiyindən ərazidə antisanitariya yaranıb. Buranı üfunət bürüdüyündən alıcılar qurbanlıq heyvan almaqda da çətinlik çəkiblər.

Qurban bayramı ilə əlaqədar paytaxtın müxtəlif yerlərindən yarmarkalar və kəsim məntəqələri yaradılıb. Ancaq buna baxmayaraq bəzi şəxslər heyvanları ya yol kənarında, ya da əhalinin intensiv olduğu ərazilərdə kəsərək satıblar. Məsələn, Bakının Xətai rayonu, NZS qəsəbəsində belə vəziyyət yaranıb. Qeyri-qanuni fəaliyyət göstərən məkanda bayramın ilk günündəcə qəssablar heyvanı kəsərək içalatını düz yolun kənarına atıblar.

Bundan başqa, Nizami rayonu, Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində təşkil olunan bayram yarmarkasında ət kəsimi məntəqəsi təşkil olunsa da, bəzi heyvan satışı ilə məşğul olan vətəndaşlar heyvanları yaxınlıqdakı ağacların dibində kəsərək içalatını əraziyə atıblar.

Ancaq Qida Təhlükəsizliyi Agentliyinin bayramla bağlı xəbərdarlıqlarına əməl edənlər də var. Bəzi ət kəsimi yerlərində heyvanların içalatı sellofan torbalara yığılaraq sonda daşınacaq.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar səhər saatlarından Azərbaycanda 44 stasionar, 30 çadır tipli qurban kəsim məntəqələri vətəndaşların xidmətinə açılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR