Qurban bayramı ilə bağlı yarmarkalar təşkil edilib - heyvanlar 160-180 manata təklif olunur - VİDEO

12.08.2019 18:56

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat” ASC Qurban bayramı ilə əlaqədar "Kənddən şəhərə” yarmarkaları təşkil edir.

Xezerxeber.az-ın məlumatına görə, belə yarmarkalardan biri də Xətai rayonunda təşklil edib.

Bayramdan öncə qurban sifarişini internetlə verənlər də bu gün "Kənddən şəhərə" yarmarkalarına yaxınlaşıb asanlıqla heyvanlarını alıblar.

Vətəndaşlar digər yerlərdən həm ucuz, həm də asan olduğuna görə qurbanlıq heyvanları internetlə sifariş etdiklərini bildirirlər.

"Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin üzvü Sərxan Sərxanov bildirib ki, internetlə sifariş olunan heyvanların hamısı birbaşa heyvandarlıqla məşğul olan sahibkarlar tərəfindən gətirilib. Bu isə heyvanların satış qiymətinin aşağı düşməsinə səbəb olub və hamı üçün əlçatanlıq təmin edilib.

"Kənddən şəhərə” yarmarkalarında satışa çıxarılan heyvanlar çəkisinə uyğun olaraq vahid qiymətə - 160, 170 və 180 manata satılır. Ümumilikdə yarmarkalara Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlər tərəfindən 25000-dən artıq qurbanlıq qoyun satışa çıxarılıb. Bayram zamanı qurbanlıq heyvanlara olan tələbatın bir hissəsi vahid qiymətə satılacaq qoyunlar hesabına təmin ediləcək, bununla da süni qiymət artımı cəhdlərinin qarşısı alınmış olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






116 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR