Bu il üzüm boldur - VİDEO

11.08.2019 20:12

Bu il üzüm sahələrindən gözləniləndən daha çox məhsul götürülür. Tovuzda 500 hektara yaxın sahədə bol üzüm yetişdirən torpaq mülkiyyətçiləri indiyədək sahələrdən 10 tondan çox məhsul toplayıblar.

Xezerxeber.az-ın məlumatına görə, süfrə və bəzi tez yetişən texniki üzüm sortları sahərlərdən birbaşa yük maşınlarına toplanır və qablaşdırılmaq üçün anbarlara aparılır. Buradan da ağır tonnajlı yük maşınları ilə bazarlara daşınır.

Plantasiyalardan yığılan məhsulun satışa çıxarılan hissəsindən əlavə, qalan hissəsi isə qışda əlverişli qiymətə satmaq üçün soyuducu kameralara yığılır. Hazırda əsasən üzümün süfrə sortu yığılır və satış üçün bazara çıxarılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






184 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR