Bağçaların fəaliyyəti ilə bağlı qaydalar dəyişir - QƏRAR - VİDEO

11.08.2019 19:30

Bağçaların fəaliyyətində indiyədək olan qaydalar dəyişir. Dəyişiklik Nazirlər Kabinetinin "Məktəbəqədər təhsilin yeni dövlət standartı"da əksini tapıb.

Xezerxeber.az-ın məlumatına görə, məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək uşaqlar qəbul ediləcək. Hər yaş qrupunda isə neçə uşağın olması barədə konkret rəqəmlər müəyyən edilib. Belə ki, 1 yaşdan 3 yaşadək olan hər xüsusi yaş qruplarında maksimum 15 uşaq, 3 yaşdan 6 yaşadək olan qruplarda isə 20 uşaq olmalıdır. Müxtəlif yaşlı uşaqların birlikdə olduğu qruplarda isə uşaq sayı 1 yaşdan 3 yaşadək - 10, 3 yaşdan 6 yaşadək - 15-dən çox olmamalıdır.

Nazirlər Kabinetinin qərarlarında uşaqların neçə yaşda hansı bacarıqlara yiyələnməli olduğu da qeyd olunub. Bu isə hər yaş dövrünə uyğun bağçaların fəaliyyətinin dəqiq istiqamətlərini müəyyən edir. Bundan başqa bağçaların fəaliyyətinə ictimai nəzarəti artırmaq üçün də bir sıra məqamlar mövcuddur.

Uşaqların məktəbə qəbulu zamanı onların inkişafının dəyərləndirilməsi əsas kimi götürülmür. Bu isə o deməkdir ki, uşaqlar yaş amili əsas gətirilərək qəbul ediləcəklər. Dövlət məktəbəqədər təhsil müəssisəsinin maliyyələşdirilməsi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq normativlərə uyğun tam dövlət hesabına həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR