Gənc əsgərlərin andiçmə mərasimi keçirilib - VİDEO

11.08.2019 19:08

Hərbi Dəniz Qüvvələrinin bazasında gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin komandiri polkovnik Siyavuş Mustafayev son zamanlar Azərbaycan Ordusunda ciddi yeniliklərin olmasından və ordunun qüdrətinin artmasından danışıb.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov Azərbaycan Ordusunun dünyanın seçmə ordularından olduğunu bildirib və uşaqlarını hərbi xidmətdən yayındıranlara çağırış edib.

Gənc əsgər Azad Məmmədli çıxış edərək üzərlərinə düşən vəzifənin öhdəsindən gəlmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

Daha sonra mərasim bədii hissə ilə davam edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR