Bakı Şəhər İcra Hakimiyyətindən küləklə bağlı - XƏBƏRDARLIQ - VİDEO

11.08.2019 18:43

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına hava şəraiti ilə bağlı müraciət edib.

Qurumun mətbuat xidmətindən xezerxeber.az-a verilən müraciətdə deyilir:

"Bu gün, avqust ayının 11-dən başlayaraq havanın kəskin şəkildə dəyişməsi, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacaqı gözlənilir.

Bununla əlaqədar vətəndaşları ehtiyatlı olmağa, nəqliyyat vasitələrini ağacların altında saxlamamağa, mənzillərdə pəncərələri bağlamağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırıq. Bakı şəhəri üzrə bütün kommunal və texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaqlar".

Qeyd edək ki, günün birinci yarısına qədər paytaxtda küləyin fəsadları bir o qədər də olmayıb. Bəzi küçə və prospekdə iri ağacların qırılma ilə üzləşən budaqları Yaşıllaşdırma Təsərüffatı Birliyinin əməkdaşları tərəfindən budanıb. Bakı Şəhər İcra Hakimiyətinin mətbuat katibi İsrafil Kərimov bildirib ki, istrahət günü olmasına baxmayaraq, bu günlərdə bütün kommunal xidmətlər iş başındadır.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün şimal -qərb küləyi Bakıda saniyədə 33-36 metrə çatıb. Çilov adasında 22-25, Neft daşlarında isə saniyədə 20-23 metrə yüksəlib. Dəniz stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5,8 metrə çatıb. Qeyd olunub ki, güclü külək axşam saatlarınadək davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






203 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR