Azərbaycanda ŞOK OLAY: əvvəlcə kəndlisini, sonra özünü güllələdi - VİDEO

27.07.2019 17:53

Saatlı sakini musiqi sifarişi üstündə qonşusunu güllələyərək qətlə yetirib. Daha sonra isə evə gedərək özünü öldürüb. Imişlidə isə bir neçə gün əvvəl itkin düşmüş şəxsin qətlə yetirildiyi məlum olub.

Əvvəlcə qonşusunu, sonra isə özünü güllələdi.

Hadisə ötən gecə Saatlının Bəylər kəndində baş verib. Kənddə keçirilən toy mərasimində kənd sakinləri Fürsət Məhərrəmov və Mübariz Həsənov arasında musiqi sifarişi üstündə mübahisə yaranıb.

Toydan çıxan Fürsət Məhərrəmov başqa 2 nəfərlə birlikdə Mübariz Həsənovun yaşadığı evə gəlib. Bu zaman evdən bayıra çıxan Mübariz Həsənovu darvazanın yanında ov tüfəngindən 2 dəfə atəş açmaqla qətlə yetirib.

Sonra isə yaşadığı evə gedərək həmkəndlisini qətlə yetirdiyini deyib və özünü də boğazından güllələyərək öldürüb.

İmişlidə isə bir neçə gün əvvəl itkin düşmüş şəxsin qətlə yetirildiyi məlum olub. Füzulinin Horadiz şəhərindən olan 50 yaşlı Polad Verdiyevin iyulun 20-dən itkin düşməsi barədə polis şöbəsinə məlumat daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Polad Verdiyevi yaxın qohumu, əslən Füzulidən olan və İmişlinin Çaxırlı kəndində məskunlaşmış 60 yaşlı Qərib İsayev dəmir parçası ilə vuraraq öldürüb. Daha sonra isə cəsədi yaxınlıqda yerləşən və su gölünə atıb. Qətli törədən şəxs saxlanılıb. Cəsədin sudan çıxarılması istiqamətində axtarışlar aparılır. Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

© xezerxeber.az


173 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR