Çaqqalın dişlədiyi kişi: Qəflətən üstümə atıldı - VİDEO

27.07.2019 19:09

Zaqatalada çaqqal işə gedən sakinə hücum edib. Yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyəti kafidir.

İşə gedən 43 yaşlı kişiyə çaqqal hucum edib.

Hadisə səhər saatlarında Zaqatalanın Mosul kəndində baş verib. Kənd sakini Həzrətəli Rəşidov səhər saat 5 radələrində işə getmək üçün küçəyə çıxan zaman çaqqalın hucumuna məruz qalıb. Yırtıcı heyvan Həzrətəli Rəşidovun döş qəfəsinin sol hissəsini dişləyərək xəsarət yetirib.

Həzrətəli Rəşidov həkim nəzarətində olmaq şərtilə ambulator müalicəyə buraxılıb.

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR