Mingəçevirdə kütləvi dava - 3 nəfər bıçaqlanıb - VİDEO

27.07.2019 17:37

Mingəçevirdə 5 nəfər arasında düşən kütləvi davada 3 nəfər bıçaqlanıb.

Hadisə Nəsimi küçəsində baş verib.

Belə ki, şəhər sakinləri Elmir Hüseynov, Ceyhun Əhmədov və Sultan Səlimov bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı hadisənin 1980-ci il təvəllüdlü Razi Cəbrayıl oğlu Əliyev və 1990-cı il təvəllüdlü Kənan Ədalət oğlu Quliyev tərəfindən törədildiyi müəyyən olunub.

Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR