Pitbul küçədə azyaşlıya hücum edib - VİDEO

27.07.2019 12:57

Küçədə dostları ilə oynayan azyaşlıya pitbul hücum edib. Hadisə ABŞ-da yaşanıb.

Musavat.com xəbər verir ki, 6 yaşlı Meyson Lindmen evlərinin həyətində digər uşaqlarla oynayarkən, pitbulun hücumuna məruz qalıb.

İtin Meysonun üzərinə hücum etdiyini görən uşaqlar qaçmağa başlayıb, lakin hadisəni görən 19 yaşlı Qrent Broun Meysonu qurtarmaq üçün itin üzərinə qaçıb.

İt Meysonu buraxaraq Brounun üzərinə hücum edib. Meyson isə dərhal ayağa qalxaraq, evə doğru qaçıb.

Hadisədən sonra hər iki yaralı xəstəxanaya qaldırılıb. Brounun əlinə, Meysunun isə başına tikiş qoyulub. Hər iki xəstənin vəziyyəti yaxşıdır.

Meysonun valideynləri Brouna öz minnətdarlıqlarını bildiriblər.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR