"Atletiko" "Real"ı darmadağın etdi: 10 qol - VİDEO

27.07.2019 11:08

Beynəlxalq Çempionlar Kuboku davam edir.

Bu gecə ABŞ-ın İst-Ruterford şəhərinin "Metlayf" stadionunda iki Madrid klubu - "Atletiko" və "Real"ı üz-üzə gəlib.

Matç "Atletiko"nun 7:3 hesablı qələbəsi ilə başa çatıb. Oyunu 57 min tamaşaçı izləyib. Görüşü amerikalı hakim Ted Ankel idarə edib. Qarşılaşmanın 1-ci dəqiqəsində hesabı açan "Atletiko"nun forvardı Dieqo Kosta 4 qol vuraraq poker edib və 65-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. "Real"dan isə Dani Karvahal meydandan qovulub.

Beynəlxalq Çempionlar Kuboku

Real - Atletiko 3:7
Qollar:Dieqo Kosta, 1; 28; 45; 51. Joao Feliks, 8. Angel Korrea, 19. Vitolo, 70 - Naço, 59. Kərim Benzema, 85-pen. Xavyer Sançes, 89.


© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR