Aralıq dənizində ŞOK: 62 miqrant öldü, 269-u... - VİDEO

27.07.2019 09:51

Sahil mühafizəsi cümə axşamı bir neçə xilasedici əməliyyatla Liviya sahillərində 269 qeyri-leqal miqrantı xilas edib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Liviyanın Hərbi-Dəniz Qüvvələrinin rəsmi nümayəndəsi Əyyub Qasım bildirib.

Onun sözlərinə görə, xilas edilmiş miqrantlar Afrikanın müxtəlif ölkələrinin vətəndaşlarıdır. Onlar Tripolidən 60 mil (1 dəniz mili 1852 metrə bərabərdir. Əsasən beynəlxalq dəniz yollarının ölçülməsi üçün, həmçinin aviasiyada istifadə olunur – red.) şimal-şərqdə xilas ediliblər.

Qeyri-leqal miqrantlar Tripolinin dəniz bazasına çatdırılıb.

Digər bir informasiyaya görə, xilasetmə xidmətləri Liviya sahillərində gəmi qəzasında ölən 62 miqrantın cəsədini tapıblar. Tripolinin şərqində yerləşən Homs şəhərinin sahillərində cümə axşamı miqrantlarla birlikdə taxta qayıq aşıb./publika.az

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR