Dünya bu rekorddan danışır: 89 yaşlı amerikalı qadın... - VİDEO

27.07.2019 09:43

ABŞ vətəndaşı 89 yaşlı Enn Lorimor Kilimancaro (Tanzaniyada yerləşən və Afrikanın ən yüksək zirvəsi olan Kilimancaronun hündürlüyü 5 890 metrdir -red.) vulkanına qalxaraq dünya rekordunu müəyyən edib.

Bu haqda "ABC 15” telekanalı bildirib.

Amerikalı artıq bir neçə il əvvəl Kilimancaroya qalxan ən yaşlı şəxs olub, ancaq bundan bir neçə ay sonra bu titulu başqa bir qadın alıb. Bundan sonra daha bir kişi rekordu yeniləyib və Lorimor zirvəni yenidən fəth etməyə qərar verib.

Onun sözlərinə görə, zirvəyə qalxmaq və oradan qayıtmaq 9 gün çəkib.

© xezerxeber.az


156 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR