Yevlax və Masallıda ağır qəzalar - 2 ölü, 3 yaralı var - VİDEO

26.07.2019 19:47

Yevlaxda minik avtomobillərinin toqquşması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, Zərdab sakini Əşrəf Əliyevin idarə etdiyi minik avtomobili əvvəlcə yolayrıcına çırpılıb. Ardınca isə Bərdə sakini Telman Vəliyevin idarə etdiyi minik avtomobilinə dəyib.

Qəza zamanı avtomobillərdən biri hissələrə bölünüb, ərazidə olan yol nişanı dibindən qopub. Maşınlardan birində olan 50-55 yaşlı sərnişin hadisə yerində dünyasını dəyişib. Sürücülər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Masallıda isə zəncirvari qəza baş verib. Hadisə Masallı-Yardımlı yolunun Qəriblər kəndindən keçən hissəsində qeydə alınıb. Daniyal Məmmədovun idarə etdiyi minik avtomobili əvvəlcə Rahid Ağazadənin, sonra isə Səfər Məmmədovun minik maşını ilə toqquşub. Nəticədə iki nəfər sərnişin - Səadət Manafova və Vahid Ağazadə müxtəlif bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Səadət Manafovanın hayatını xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR