Şəmkirdə 20 yaşlı gənc bibisinin başını kəsdi - VİDEO

26.07.2019 19:58

Şəmkirdə 20 yaşlı gənc bibisini bıçaqlayaraq öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən axşam Səttarxan küçəsində baş verib.

Bir müddət əvvəl hərbi xidmətdən qayıtmış Ayxan Zamanov yaşadıqları evin həyətindəki hamamda bibisi, bir uşaq anası olan 39 yaşlı Aynurə Zamanovaya bıçaqla çoxsaylı zərbələr vurub.

Daha sonra isə qadının boğazını kəsib. Ayxan Zamanov tutularaq istintaqa cəlb edilib. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Rayon prokurorunun böyük köməkçisi Vüqar Səlimov hadisə barədə məlumat verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






269 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR