“Küçə sənətçiləri” layihəsi təqdim edilib - VİDEO

26.07.2019 19:52

Bu gün Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya Mərkəzinin "Küçə sənətçiləri” adlı layihəsinin təqdimatı keçirilib.

Xezerxeber.az xəbər verir ki, layihə Bakı küçələrində aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirmək üçün lazımi şəraitin yaradılmasını özündə əks etdirir. Layihə çərçivəsində aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirməyə lazımi şərait yaradılacaq.
"Küçə sənətçiləri” layihəsinin əhəmiyyəti turistlərin bu cür tədbirlərə xüsusi maraq göstərməsinə, həmçinin qonşu ölkələrdə də tətbiq edilən bu növ əyləncəli küçə şoularının müsbət nəticələr verməsinə əsaslanır.

Ancaq təsadüfi adamlar bu layihədə iştirak edə bilməyəcəklər. Bunun üçün müraciət edən şəxslər ayda bir dəfə kastinqə dəvət olunacaqlar və onların arasında seçim ediləcək. Bacarıq və istedadları ilə fərqlənənlərə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmək üçün 3 aylıq qüvvədə olan rəylər veriləcək.

Kastinq üçün ilkin seçim mərhələsinə sentyabr ayında başlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR