Azərbaycanda Hələb keçilərindən ibarət təsərrüfat - qiyməti 700 manatdır - VİDEO

26.07.2019 20:44

Hacıqabul sakini Hələb keçilərindən ibarət təsərrüfat qurub. Bu keçilər dözümlülüyünə görə digər cinslərdən fərqlənir. Üstəlik, gündə 3-4 litr süd verir, çəkisi isə 150 kiloqrama qədər arta bilir.

Xezerxeber.az-ın məlumatına görə, Hələb keçiləri adlandırılan bu heyvanları Hacıqabulun Meyniman kəndində yaşayan Cavid Mürvətli öz təsərrüfatında bəsləyir.

Onun sözlərinə görə, iki il əvvəl 10 baş keçi ilə təsərrüfatı quran kənd sakini heyvanların sayını 45-ə çatdırıb. Xarici görkəminə görə digər cinslərdən fərqlənən Hələb keçiləri həm ətlik, həm də südlük heyvan hesab edilir. İldə iki dəfə, hərəsində də 2-3 bala verən Hələb keçiləri dözümlülüyünə görə digər cinslərdən fərqlənir.

Hələb keçiləri bir günə 3-4 litr süd verir. Yaxşı qulluq göstərildikdə 2-3 yaşındakı heyvanın diri çəkisi 140-150 kiloqram, qiyməti isə 500-700 manat olur. Bu keçilərin qulaqlarının və burnunun fərqli olmasının da özünəməxsus səbəbləri var.

Fermerin dediyinə görə, digər növlərdən fərqli olaraq Hələb keçilərindən pis qoxu gəlmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






456 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR