Avtobus sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə girib - VİDEO

26.07.2019 20:12

Bakıda içərisi sərnişinlə dolu olan avtobus yanacaqdoldurma məntəqəsinə girib.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı görüntül dünən paytaxt yollarının birində lentə alınıb.

Hansı nömrəli avtobusda çəkildiyi isə dəqiq məlum deyil. Kadrlardan aydın olur ki, yanacağı bitmək üzrə olan avtobus sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olur.

Ümumiyyətlə, bu kimi hallara hələ də rast gəlinməsi ciddi narahatlıq doğurur

Müsahibə aldığımız sürücülərin dediklərinə inansaq, onların heç biri sərnişinlərlə birgə yanacaqdoldurma məntəqələrinə girməyiblər. Üstəlik, belə sürücüləri qınayırlar.

Məsuliyyətsiz avtobus sürücülərinin sərnişinlərin həyatını təhlükəyə ataraq yanacaqdoldurma məntəqələrinə girmələrinə paytaxt sakinlərinin münasibəti isə birmənalıdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, həmin görüntülər əsasında araşdırma aparılacaq və lazımi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR