Arzumuz Azərbaycanın ilk beşlikdən düşməməsidir - Azad Rəhimov - VİDEO

26.07.2019 20:09

Avropa Gənclər Yay Olimpiya Festivalı idman dünyasının kifayət qədər əhəmiyyətli tədbirlərindən sayılır. Belə bir möhtəşəm festivala ev sahibi kimi Azərbaycanın seçilməsi də beynəlxalq aləmdə ölkəmizə verilən yüksək dəyərin ifadəsidir.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, hazırda idmançılarımız bu yarışda ölkəmizi uğurla təmsil edirlər. Onun sözlərinə görə, hələ idmançılarımızdan bir çox idman növləri üzrə medallar gözlənilir.

Gənclər və İdman naziri Azad Rəhimov beynəlxalq yarışın idmançılar üçün önəmindən də danışıb.

Qeyd edək ki, hazırda Azərbaycan 9 qızıl, 6 gümüş və 5 bürünc medalla ikinci pillədədir. 18 qızıl, 10 gümüş və 14 bürünc medalı olan Rusiya isə siyahıya başçılıq edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR