Özünü işıq idarəsinin əməkdaşı kimi təqdim etdi, pul alıb aradan çıxdı - VİDEO

26.07.2019 20:12

Bakıda özünü işıq idarəsinin əməkdaşı kimi təqdim edən bir nəfər obyektdən 50 manat alaraq yoxa çıxıb. Mağaza sahibi sonra həmin şəxsi tapa bilməyib. Amma kimliyi bilinməyən şəxsin mağazaya gəlişi və pulu aldığı an kameralara düşüb.

Xezerxeber.az-ın məlumatına görə, paltar mağazasına girən şəxs özünü işıq idarəsinin əməkdaşı kimi təqdim edib.

Mağaza sahibi Şəbnəm Məmmədova deyib ki, həmin şəxs ondan işıq pulu istəyib və ödənməyəcəyi təqdirdə işığın kəsiləcəyi ilə hədələyib.

Həmin şəxsin bütün hərəkətləri mağazada olan təhlükəsizlik kameralarına düşüb. Hadisə Yasamal rayonu, Rəsul Rza küçəsində yerləşən paltar mağazalarından birində baş verib.

Şəbnəm Məmmədova deyib ki, həmin adamı tanımır. O, həmin şəxsin tapılması üçün polisə də müraciət edəcək.

Hadisə ilə bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, abonentlər şübhələndikləri hallarda özünü işıq idarəsinin nümayəndəsi kimi təqdim edən şəxsdən xidməti vəsiqəsini tələb edə və ya "Azərişığ"ın 199 çağrı mərkəzinə məlumat verə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR